İrina Şeyk Mehriban Əliyevaya təşəkkürünü bildirdi (FOTO)
1 İyun 2014 21:19 (UTC+04:00)
Dünyanın ən məşhur supermodellərindən biri İrina
Şeyk Azərbaycanda hər kəsin marağına səbəb olacaq açıqlaması və
təşəkkürü ilə daha da çox sevgi qazanmağı bacarıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
ötən gün Heydər Əliyev Mərkəzində "Müasir dəbdə Azərbaycan
cazibəsi" layihəsinin təqdimatı baş tutub. Gecənin əsas
qonaqlarından biri olan cazibədar model defilədən sonra ölkənin
birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib. Rusiyanən
ən seksual qadını adına layiq görülən xanım ona göndərilən gül
çələnginin fotosunu sosial şəbəkədə yükləyərək ürək sözlərini
bildirib:
"Bu gün mən "Müasir dəbdə Azərbaycan cazibəsi"
adlı möhtəşəm layihədə iştirak etdim. Məni bu şouya dəvət
etdiklərinə görə ilk növbədə birinci xanım və onun gözəl qızlarına
təşəkkürümü bildirirəm. Defilə çox gözəl alındı, hiss olunurdu ki,
layihədə əsil professional insanlar iştirak ediblər.
Qonaqpərvərliyinizə görə minnətdaram!"
Qeyd edək ki, tatar gözəli olan İrina Şeyk Madrid
"Real"ının ulduz futbolçusu Kriştiano Ronaldo ilə
sevgilidir.