Ermənilər atəşkəsi 46 dəfə pozublar
1 İyun 2014 23:49 (UTC+04:00)
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində
atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub.
Movqe.az Müdafiə Nazirliyinin saytına istinadən
məlumat verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli
rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam
rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino,
Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin
mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.