EMİN möhtəşəm mükafatlandırma mərasimində (FOTO)
1 İyun 2014 21:12 (UTC+04:00)
Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı
bəstəkar-müğənni Emin Ağalarov daha bir uğura imza
atıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
ifaçılıqla yanaşı bizneslə də məşqul olan EMİN və atası Araz
Ağalarovun rəhbərlik etdiyi "Crocus City Hall"da ötən gün RU.TV-nin
IV mükafatlandırma mərasimi baş tutub.
Gecədə iştirak edənlər ancaq və ancaq Rusiya
səhnəsinin "qaymaqları" olub. Müğənni-bəstəkar EMİN də mərasimin
qonaqları arasında yer alıb. O, səhnəyə çıxaraq son hitlərindən
olan "Ya jivu luçşe vsex" (Mən hamıdan yaxşı yaşayıram) adlı
mahnısını ifa edib.
Bundan əlavə olaraq gecənin aparıcılığını
Viktoriya Bonya və Sergey Nikitinin etdiyi mərasimdə məşhurlar
mükafatlarla təltif olunub. Qaliblərin siyahısını və maraqlı
görüntüləri sizə təqdim edirik:
"İlin ən yaxşı dueti" – Qriqoriy Leps və Ani Lorak
"Zerkalo"
"İlin kreativi" – Ksenya Sobçaq "Rodnomu" "Ən
yaxşı RNB layihə" – Timati, Serqey Mazaev və L’One
"GQ"
"Ən yaxşı mahnı" – Dima Bilan
"Malış"
"Ən yaxşı müğənni" – Stas
Mixaylov
"Ən yaxşı mahnı" – Nyuşa
"Ən yaxşı klip" – Natali və Nikolay Baskov
"Nikolay, Nikolay"
"Ən yaxşı rok qrupu" – "Bi2"
"Ən seksual klip" – "BİA QRA"
"Peremirie"
"Ən yaxşı sauntrak" – Filipp Kirkorov "Radost
moya"