ATƏT sədrinin Azərbaycana səfəri başlayıb

2 İyun 2014 10:44 (UTC+04:00)

İsveçrə Konfederasiyasının prezidenti, xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter iyunun 1-də Azərbaycana rəsmi səfərə gəlib.


APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.