Çinin 13 əyalətində quraqlıq

7 Aprel 2012 02:02 (UTC+04:00)

Çinin 13 əyalətində uzun müddətdir ki davam edən quraqlıq səbəbiylə kənd istehsalatının təsirləndiyi və 7,82 milyon adamın da içməli su problemi ilə qarşılaşdığı deyilib.

Dövlət Sel İdarə və quraqlıqla mübarizə İdarəsi, Yunnan, Sıçuan Hıbey, Şanşi və Gansu əyalətlərində də 5 milyona yaxın ferma heyvanın içməli su problemi ilə bağlı çətinliyi çəkdiyi deyilib.

Quraqlıq səbəbiylə 4 milyon hektarlık əkili ərazinin bu vəziyyətdən təsirləndiyi qeyd edilib. Rəsmilər 144 milyon yuen məbləğinin quraqlıqdan təsirlənən bölgələrə ayrıldığını söyləyib.