Prezidentlər görüşdü
2 İyun 2014 13:21 (UTC+04:00)
Azərbaycan Respublikasının prezidenti İlham
Əliyevin və İsveçrə Konfederasiyasının prezidenti Didye
Burkhalterin təkbətək görüşü olub.
ANS PRESS-in məlumatına görə, rəsmi qarşılanma
mərasimindən sonra baş tutan görüşdə ikitərəfli münasibətlərin
siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq
ifadə olunub. Qarşılıqlı görüşlərin və səfərlərin əhəmiyyəti qeyd
edilib. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı
investisiya qoyuluşunun daha da genişləndirilməsi üçün yaxşı
imkanların olduğu bildirilib.
İsveçrə Konfederasiyasının prezidenti Didye
Burkhalterin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin
genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.