Niderlandda yeni Demokratiya və İnsan Haqları Fondu yaradılıb

2 İyun 2014 14:16 (UTC+04:00)

Niderlandda yeni Demokratiya və İnsan Haqları Fondu adlı beynəlxalq fond yaradılıb. Trend-in məlumatına görə, bu barədə Benilüks Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Elsevər Məmmədov bildirib.

Onun sözlərinə görə, fond ilk olaraq Dağlıq Qarabağdan olan məcburi köçkün və qaçqınların hüquqlarının kobud şəkildə pozulması ilə bağlı Niderland parlamentinə müraciət edib. Həmçinin Haaqa məhkəməsinə müraciət ünvanlanıb.

Vitse-prezident qeyd edib ki, yeni beynəlxalq təşkilat Avropadakı Azərbaycan cəmiyyətlərinə sıx bağlı olan yerli cəmiyyətlər tərəfindən yaradıldığı üçün Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı məsələ başlıca prinsipə çevrilib: "Təşkilata rəsmən niderlandlılar rəhbərlik etsə də, fondun Avropanın digər ölkələrində nümayəndəlikləri açılır, o cümlədən Bakıda da ofisinin açılması planlaşdırılıb. Bunun davamı olaraq Avropa parlamentinə və BMT-yə də faktla bağlı tələb göndərmək planlaşdırılır"