İsa Məsihlə selfi!-FOTOLAR
2 İyun 2014 16:05 (UTC+04:00)
31 yaşlı Britaniyalı Li Tompson İsa Məsihin heykəli üzərinə
çıxaraq selfi çəkməyə nail olub. Londondan gəlmiş Li "Heykəlin
zirvəsinə qalxanda dərindən nəfəs aldım. Buradan görünən mənzərə
inanılmaz idi. Bu həyatımda çəkdirdiyim ən əyləncəli və mənim ən
sevimli fotolarım oldu. İnsanla mənim dəli olduğumu düşünür. Onlar
sadecə fotolara baxanda belə hyəcanlanırlar" deyib. Li Tompson cəmi
25 dəqiqə vaxt sərf edərək 38 metr hündürlükdəki heykələ
dırmaşa bilib. Movqe.Az "Metro"ya istinadən həmin fotoları təqdim
edir:
İsa Məsihin
heykəli(Portuqal dili: O Cristo Redentor)38 metr hündürlüklü bu
heykəl Braziliyada Rio de Janeyro şəhərinə təpədən baxan Corcovado təpəsinin üzərində
yerləşdirilmişdir. Heykəl beş il müddətində hazırlanmış və 1931-ci
ildə açılış edilmişdir.