Tanınmış jurnalistə yeni vəzifə verildi

2 İyun 2014 19:23 (UTC+04:00)
Vaxtilə Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış, lakin hərbi xidmət müddətini başa vurduqdan sonra, bu ilin fevralın ayından ehtiyata buraxılan Təranə Məmmədova yeni işlə təmin olunub.  Movqe.az " Aktual.az-a istinadən xəbər verir ki, tanınmış jurnalistin yeni iş yeri Bakı Şəhəri Təhsil İdarəsində İctimaiyətlə Əlaqələr şöbəsidir. Əldə etdiyimiz məlumatı Təranə Məmmədovanın özü də təsdiqlədi: "Xəbər doğrudur, amma bu barədə hələ ki, ətraflı məlumat verə bilmərəm".

Xatırladaq ki, Bakı Şəhəri Təhsil İdarəsindən də Təranə Məmmədovanın İctimaiyyətlə Əlaqələr şöbəsinə təyinatını təsdiqləyiblər.