Putinin şəfqəti

2 İyul 2012 12:29 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Kremlə xüsusi bir qonaq dəvət edib. İtalyan bir qızın ürəyi nəql edilən Vera ailəsi ilə birlikdə Putinə təşəkkür ziyarəti edib. Xatırladaq ki, rus mətbuatında gündəmə gələn və ürək çatmazlığından əziyyət çəkən Sibirin Novosibirisk şəhərindən olan  4 yaşlı Veraya Putin və keçmiş İtaliya baş naziri Silvio Berluskoni yardım etmişdi. İki liderin fəaliyyətləri ilə İtalyan bir qızın ürəyi nəql edilən Vera 2011-ci ilin mayında müvəffəqiyyətli bir əməliyyat keçirib. Reabilitasiya müddətini tamamlayan balaca qız və ailəsi Moskvaya gəlib. Sağlamlığına qovuşan balaca Vera Rusiya lideri Putinlə birlikdə eyni masada çay içib, söhbət edib, birlikdə Kremlin sarayını gəzib.