EMİN yenədə tamaşaçılarını sevindirmək fikrindədir

2 İyul 2012 12:47 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov iyulun 12-də Bakıda Yaşıl Teatrda 4-cü dəfə konsert proqramı ilə çıxış edəcək. Qeyd edək ki, bu Eminin ilk konserti deyil. Konsertdə EMİN sevərləri bir sıra maraqlı yeniliklər gözləyir. Məşhur müğənni "After the Thunder" adlı yeni albomunu təqdim edəcək.

Gözlənilir ki, bu konsert digərlərindən çox fərqli keçəcək. EMİN ilk dəfə olaraq konsertdə xalq alətlərinin iştirakı ilə simli orkestrlə çıxış edəcək. Konsertdə yeni mahnılarla yanaşı, EMİN-nin sevilən hitləri də səsləndiriləcək.