Alonso milli karyerasını başa vurur

3 İyun 2014 12:51 (UTC+04:00)

"Kral" (Madrid) klubunun yarımmüdafiəçisi Xabi Alonso Braziliyada təşkil oluna dünya çempionatından sonra milli karyerasını başa vuracaq.


Movqe.az-ın İspan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə futbolçunun özü açıqlama verib.


Təcrübəli futbolçu dünya çempionatının onun yığmada son beynəlxalq turniri olacağını bildirib.


Alonso bundan sonrakı karyerasında bütün diqqətini klubuna yönəldəcəyini bildirib.


Qeyd edək ki, 2003-cü ildən  İspaniya millisinin şərəfini qoruyan X.Alonso 109 oyunda meydana çıxıb.