Roza Zauru belə yerində oturtdu: "Zaurun pula ehtiyacı varsa, mən ona əl borcu yox, hədiyyə pul verərəm"

3 İyun 2014 13:56 (UTC+04:00)
Ötən gün aparıcı Zaur Kamal 5/5 verlişində müğənni Roza Zərgərlinin ünvanına xoşagəlməz sözlər deyib. Heç də ürəkaçan açıqlama etməyən aparıcı Roza Zərgərlinin yalnız pul hesabına məşhurlaşdığını qeyd edib:  "Bir çox müğənnilər var ki, onlar pulla məşhurlaşıb. Onların adlarını çəkməkdən çəkinmirəm də. Elə Roza Zərgərli... O da pulla məşhurlaşdı. Pulun hesabına kliplər çəkdirir və tanınır". Məsələ ilə bağlı Mövqe.az qarşı tərəfin də fikrini öyrənib. Roza Zərgərli eksklüziv olaraq bu barədə Mövqe.az-a danışıb: "Siz də mənim haqqımda yazımısınız. Reytinqini də görmüsünüz. Sizə pul vermişəm? ". Cavabım təbii ki, yox olur və R. Zərgərli fikirlərinə davam edir: "Bəzən elə müğənni olur ki, sifarişli yazılar yazdırır. Bu normal bir şeydi. Bu yoldan müğənnilər də, aparıcılar elə özləri də istifadə edirlər. 15 ildir mən sənətdəyəm. Hər şeyi də bilirəm. 4 ali sənədim var. Zaur bəy desə də ki, o haranı qurtarıb, haranı bitirib ola bilər məlumatsızdı. Sadəcə maraqlıyam ki, məni dəvət edirlər. Zaurun qonaqlarından biri də Murad Dadaşov idi. Onların verlişləri ödənişlidir. Murad məndən pul alıb? Yox. Azər Axşamın çox saylı verlişlərində qonaq olmuşam o məndən pul alıb? Yox. Azər Axşam orada çox yaxşı mənim yerimə cavab verdi. Bildirdi ki, Röya, Abbas və bir çox müğənnilər də klip çəkdirib, pul verirlər. Burada qeyri-adi nə var ki?  Klip çəkiləndə sərmaye qoymalıyıq da... Mənim 90% mahnılarım pulsuz mənə gəlib, çatıb. Amma indi əksər bəstəkarlar mahnılarını pulla müğənnilərə verirlər. G. Həsənzadə mənə 2 mahnı özü də ki, pulsuz şəkildə hədiyyə edib.  Zaur bəy əgər efirdə qadın olmaya-olmaya onu müzakirə edirsə, bu onun tərbiyəsidir. Mən sənətdə olanda Zaur efirdə yox idi. 4-5 ildi o, radiodan efirə gəlib. Gündəlik efiri var o da onun heç laiq olduğu xidməti deyil. Kişi xeylağı qadın haqqında danışmaz. Çox mədəniyyətsiz təqdimat idi. Mənim yerimə Zaur Kamal kiməsə pul verib ki, Rozanı efirə çıxart ? Bəlkə Zaur Kamal 2 dəfə məni verlişinə dəvət edib, mən getməmişəm onun prinsipini aparır ? Və yaxud da Zaur Kamal salam verib, əvvəllər salamını almamışam ona görə belə deyir ? Çünki o zaman Roza onu tanımırdı. Mənim şou-biznesdə heç kimlə aram pis deyil. Sadəcə mənə hörmət etməyənə hörmət etmirəm və o prosesi də mediayaya çıxartmıram. Ola bilsin ki, çörəyimin duzu yoxdu. Kişi qadının pulunu sayar? Zaurun pula ehtiyacı varsa, mən ona əl borcu yox, hədiyyə pul verərəm. Problem deyil".