Soyunaraq qəzaya səbəb oldu

2 İyul 2012 12:50 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da bir nəfər oğurladığı avtomobillə iki dəfə qəza edərək yeddi adamın yaralanmasına səbəb olub. Aralarında hamilə bir qadının da olduğu yeddi nəfərin yaralanmasına səbəb olan şəxs polisi gözləyərkən soyunaraq avtomobilin üzərinə çıxıb. Nəqliyyatın sıx olduğu saatlarda baş verən hadisə çaxnaşma yaradıb.Narkotikin təsirində olduğu düşünülən şəxs nəzarət altına alınmaq üçün xəstəxanaya aparılıb. "ABC" televiziyasına açıqlama verən polis məmuru Mark Klark kimliyi açıqlanmayan şəxsin qəribə davranışlarına görə narkotikin təsirində olduğunu düşündüklərini söyləyib.