"Natəvanın kiminsə düşük komplimentlərinə ehtiyacı yoxdur"
3 İyun 2014 16:49 (UTC+04:00)
Xalq artisti İlhamə Quliyevanın mətbuat sözçüsü Faiq Ələkbərlinin
Natəvan Həbibi haqqında söylədiklərinə cavab gecikməyib.
Natəvan Həbibinin prdodüseri Roland Bayramov Teleqraf.com-a
açıqlamasında daha sərt danışıb. F.Ələkbərlini "özünü təsdiqləməyən
adam" adlandırıb: "İlhamə xanım yarım il bundan öncə
Faiq Ələkbərlini yanından iti qovan kimi qovmuşdu. Onu xəbərçi
adlandırmışdı ki, mənim yanımda oturur, haqqımda olan məlumatları
başqasına yayır. Bu gün o, bilmir ki, İlhamə xanımın yanında
kimdir. Birincisi, hamı bilir ki, Natəvan Həbibinin
konserti çox uğurlu keçib. İkincisi, Faiq ATV-də mənə yalvarırdı
ki, niyə Natəvanın konsertinə dəvətnamə vermirsiniz? Natəvan məndən
inciyib, niyə konsertinə çağırmır? Mənim nə günahım var?
Üçüncüsü, mən Faiqdən və başqalarından fərqli olaraq heç
kimdən qorxmuram. Müğənniyə adı ölkə başçısının sərəncamı ilə
Mədəniyyət və Turizm Nazirliyi verir. Başqalarını deyə bilmərik,
amma Natəvanın kiminsə düşük komplimentlərinə ehtiyacı yoxdur.
Salamı adətən içəri daxil olan adam verir. Əgər İlhamə düşünürsə
ki, o, gələndə hamı onun qabağına qaçmalıdır, yanılır. Natəvan
Həbibi heç kimin qabağına qaçanlardan deyil. Və heç kimdən də əskik
deyil". Xatırladaq ki, İ.Quliyevanın mətbuat sözçüsü Faiq
Ələkbərli N.Həbibi ilə xalq artisti arasındakı qalmqala münasibət
bildirib. Xalq artistinin mətbuat xidməti "İlhamə Quliyevanın
"Prinsessa" adlandırdığı Natəvan bu statusunu qoruya bilmədi" kimi
şərh verib: "Hər bir müsəlman üçün salam müqəddəsdir. Çünki
salam Allahın adıdır. Amma vurğulayıram, hər bir müsəlman üçün...
Odur ki, biz Natəvan Həbibidən incimirik. Çünki tərbiyəsi,
mədəniyyəti, kübarlığı olan bir insan səhv edəndə ondan küsər, düz
yol göstərər və bağışlayarlar. O şəxsin qabında bunların heç biri
yoxdursa, ondan nə küsürük, nə də inciyirik". - See more
at: