Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

3 İyun 2014 17:35 (UTC+04:00)

Rumıniyanın paytaxtı Buxarestdə qadınlar arasında keçirilən boks üzrə Avropa çempionatı start götürüb.


Movqe.az xəbər verir ki,  yarışda 31 ölkədən 163 idmançı mübarizəyə qoşulub. Milli komandamız turnirdə 7 boksçu ilə təmsil olunur.


Çempionatın ikinci günündə 2 boksçumuz rinqə çıxıb.


69 kq çəkidə gücünü sınayan dünya çempionatının gümüş mükafatçısı Yelena Vistropova ilk görüşdə macar Olan Esterlə qarşılaşıb. Komandamızın lideri qalib gələrək, 4/1 finala vəsiqə qazanıb. Y.Vıstropovanın növbəti rəqibi polşalı Natalia Holinska olacaq.


54 kq çəki dərəcəsində çıxış edən digər boksçumuz Ann Əlimərdanova isə yarışı erkən başa vurub. Təmsilçimiz rusiyalı dünya və Avropa çempionu Yelena Saveleva ilə görüşdə məğlub olub.



Bu gün keçiriləcək görüşlərdə boksçularımızdan Leyla Cavadova (75kq) rumıniyalı Anna Patrasku ilə, Əzizə Abbasova (48 kq) türkiyəli Ayşə Çağırır, Y.Vıstropova isə polşalı Natalia Hollinska ilə qarşılaşacaq.


Qeyd edək ki, qitə çempionatına iyunun 7-də yekun vurulacaq.