Həyatı film olacaq

3 İyun 2014 18:30 (UTC+04:00)

Oskar mükafatlı məşhur Amerikalı rejissor Oliver Ston , ABŞ-ın qlobal izləmə siyasəti ilə əlaqədar gizli sənədləri sızdıraraq böyük mübahisə başladan Amerika Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş sistem analitiki Edvard Snov ilə əlaqədar film çəkməyə hazırlaşır



Ston , Guardian qəzetində çalışan Luke Hardingin qələmə aldığı "The Snow Files: The Inside Story of the World s Most Wanted Man (Snow Faylları: Dünyanın ən çox arxtarılan adamın həqiqi Hekayəsi) " adlı kitabını ağ pərdəyə köçürəcəyini açıqlayıb.


"Midnight Express" , " Platon " və "Born on the Fourth of July " filmləri ilə üç dəfə Oskara layiq görülən Ston, Snovdenin NSA-nın ən gizli əməliyyatları ilə əlaqədar sənədləri sızdırmasını "əsrimizin ən böyük hadisələrindən biri" olaraq xarakterizə edib.