Sabah Azərbaycanda yağışlı hava şəraiti davam edəcək

3 İyun 2014 17:05 (UTC+04:00)

Sabah Azərbaycanda yağışlı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturunun gecə 16-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 4-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı proqnozlaşdırılır. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq. Dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.