Emin ayın ən dəbli geyinən məşhuru seçildi

3 İyun 2014 18:29 (UTC+04:00)

Rusiyanın "woman.ru" saytı ayın ən dəbli geyinən məşhurunun adını açıqlayıb. 


Axşam.az-ın məlumatına görə, qaliblər oxucu səsverməsi ilə  müəyyənləşdirilib. Sorğu nəticəsində müğənni-bəstəkar Emin 1049 səslə aprelin ən dəbli kişi məşhuru seçilib. Eminin "Hello" dərgisinin mükafatlandırma mərasimindəki imici bəyənilib. 


Qadınlar arasında isə sorğunun birincisi 2959 səslə Alsu olub.


Sorğunun siyahısında Valeriy Meladze, Filipp Kirkorov, Stas Mixaylov, Konstantin Qayday kimi məşhurlar yer alıb.