Qeyri-adi sincablar - FOTOLAR

2 İyul 2012 13:27 (UTC+04:00)

Movqe.az "Daily mail"ə istinadən xəbər verir ki, bu balaca sincablar ağacların arasından keçərək 150 metrlik məsafədə sıçrayış edə bilir. Rəsimlərdən də aydın olduğu kimi sincabın təbii qanadlarının içərisindəki bədəni uzanaraq ona bir məməlidən daha çox quşabənzər görüntü verir. Gece olmasına baxmayaraq sevimli sincabın görüntüsü  79 yaşlı ingilis fotoqraf Kim Taylor tərəfindən kameraya əks olunub. Cənab Teylor bu şəkilləri infra qırmızı şüaları yaradan 150 mm-lik kamera obyektivi və 3500 voltluq yüksək sürətli flaş kombinasiyası vasitəsilə çəkib. Sincablar yalnız gecə üzə çıxır və ağacların oyuqlarında yaşayırlar. Onların əsas qidalarını palıd qozası və fındıq təşkil edir.