Şəkidə küləyin fəsadları aradan qaldırılır

3 İyun 2014 18:35 (UTC+04:00)

Şəki, eləcə də Qaxın bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Trend Kanal S-ə istinadən məlumat verir ki, hazırda qeyri-sabit hava şəraitinin vurduğu ziyanın miqdarı hesablanır. Yaranmış vəziyyəti aradan qaldırmaq üçün səhər saatlarından Şəki Kommunal Təsərrüfat və İstehsalat Birliyinin texnikası və işçi qüvvəsi cəlb olunub.

Məmməd Əmin Rəsulzadə prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində ikimərtəbəli binanın üzərinə aşan çinar ağacı ortadan qaldırılıb. Eləcə də şəhərin müxtəlif ərazilərində təmizlik işləri aparılıb.