Əməkdar artist: "Oğlanlarımdan imtina etmədim"

3 İyun 2014 18:48 (UTC+04:00)
Əməkdar Artist Mətanət Atakişiyeva bu gün "Öz aramızda" verlişində qonaq olub. Mövqe.az xəbər verir ki, bir ananın 12 yaşlı oğlundan imtina etməsi məsələsinə biganə qala bilməyən aktrisa öz fikirlərini bildirib: " Mən də anayam. İki oğlum var. Artıq böyüyüblər. Əsgər getmək vaxtları çatıb. Ancaq mən çox çətinliklərlə üzləşdim. Ancaq oğlanlarımdan imtina etmədim. Sən balanı heç kəsə vermə. Zaman gələr övladın sənə dayaq olar".