Baki-xeber.com saytına haker hücumu olub

3 İyun 2014 19:29 (UTC+04:00)
Baki-xeber.com saytına haker hücumu olub. Bu barədə Movqe.az-a saytın baş redaktoru Aydın Quliyev məlumat verib. A. Quliyev bildirib ki, səhər saatlarından saytda xəbərlərin yenilənməsi mümkünsüz olub: "Saytımızda problem səhər saatlarından yaranıb. Bizə məlumat verilib ki, saytımıza haker hücumu nəticəsində  xəbərlərin yeilənmək mümkün deyil. Hazırda "Meridian"şirkəti problemi aradan qaldırmağa çalışır".