Alim Qasımovun diskləri İranda satışa çıxarıldı
4 İyun 2014 10:55 (UTC+04:00)
Azərbaycanın Xalq Artisti Alim Qasımovun İranda
diskləri satışa çıxarılıb.
Məlumata görə, disklərə xanəndənin 2000-2004-cü
illərdə Təbrizdə verdiyi konsertlər, eyni zamanda, bu il mayın
13-də Tehranda keçirdiyi konsertdən bir səhnə daxil
edilib.
Xanəndənin 2000-ci il konserti iki ədəd CD,
2004-cü il konserti isə bir ədəd DVD formatında
buraxılıb.
Disklər Tehranın "Avaye Barbad" Mədəniyyət və
İncəsənət Müəssisəsinin təşkilatçılığı ilə satışa çıxarılıb.