Əməkdar artist açıq sinəsinə görə ifşa olundu - VİDEO

4 İyun 2014 12:17 (UTC+04:00)

Teleaparıcı Elçin Əlibəylinin aparıcılığı ilə ən reytinqli verlişlər sırasında olan "Oturduğumuz yerdə" bu axşam 21:30-da yenidən "Space" telekanalında yayımlanacaq. Mövqe.az xəbər verir ki, anons sosial şəbəkədə yayımlandıqdan sonra heç də birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Əməkdar artist Ədilə Əflakinin açıq sinə dekoltesi "İlham çeşməsi" qəzetinin təsisçisi və baş redaktoru Əziz Musanı deyəsən yaman cəzb edib. Müğənninin baş redaktora verdiyi cavab isə əsl rezonans yaradıb. 

Verlişdə iştirak edən müğənni Rüfət Axundov öz xəyanətini etiraf edib. Aparıcı Mirsalam Mirsalamovla baş redaktor arasında da dava düşüb. Xalq artisti Şərqiyyə Hüseynova isə öz həmkarı haqqında ağlasığmaz açıqlamalar edib.


Bu axşam oturduğunuz yerdə "Oturduğumuz yerdə" qalmaqalının şahidi olun.