Şəhzadə gözəllik ikonu seçildi

4 İyun 2014 12:32 (UTC+04:00)
32 yaşlı Kembric duşesi Keyt Midlton Britaniyada kişi və qadınlar arasında keçirilən sorğuda "əsas gözəllik ikon"u seçilib. Movqe.Az xəbər verir ki, şəhzadə yüngül makiyajı ilə Holivud ulduzlarını belə geridə qoyub. "Daily Express"in moda səhifəsinin baş redaktoru Klaire Brayford :" Şəhzadə Keyt minumum makiyajı, incə göz layneri və boyasız dodaqları ilə göz oxşayır. O, öz toyunda belə vizajistə ehtiyac duymamış, makiyajını özü etmişdi" deyib. Sorğu nəticələri  QVC kanalında yayımlanıb.