Aparıcı Aytən: "İlhamə Quliyeva xalq artisti adını ..." - açıqlama -özəl

4 İyun 2014 13:39 (UTC+04:00)

ANS telekanalında yayımlanan "Salam Azərbaycan" verilişinin aparıcısı Aytən Səfərova dünən xalq artisti ilə bağlı səsləndirdiyi qalmaqallı açıqlamasına Movqe.az vasitəsilə aydınlıq gətirib. Bu barədə saytımıza danışan aparıcı həmin xalq artistinin kimliyini açıqlamasa da, onun İlhamə Quliyeva olduğu barədə səslənən fikirləri təkzib edib. Aytən Səfərova 

bildirib ki, "Cındırlar... Mən xalq artistiyəm, istəsəm İsveçdə olaram, istəsəm Pirquluda"-  sözlərinin İlhamə Quliyevaya aid olması barədə dünən mətbuatda gedən məlumatlar bəzi jurnalistlərin öz fantaziyasının məhsuludur: "Videodan da görünür ki, mən orada heç bir ad çəkməmişəm. Həmin fikirlər kiminsə beyninin məhsuludursa, mən onların dediklərinə, yazdıqlarına cavabdehlik daşımıram. İlhamə Quliyevanın bu söhbətə heç bir aidiyyatı yoxdur. Bəzi saytlar sensasiya xətrinə İlhamə Quliyevanın adını yazıblar. Amma videoda bir dəfə də olsun onun adı və ya başqa bir ad çəkilmir. Bizdə məsxərəyə qoyulmalı o qədər xalq artistləri var ki... Hansı səhnə fəaliyyəti ilə o adı qazanıblar, alıblar bilmirəm. Başa düşürəm artistlik edirlər. Amma nədir, necədir onu biz bilmirik. Bəziləri İlhamə Quliyevanı qınayırlar. Amma İ. Quliyevanın hər nə cürə xasiyyəti olursa olsun, o səhnədə iki gün atlanıb-düşən xalq artistlərindən deyil. Kor-kor, gör-gör. Adam gərək əyri oturub, düz danışa ki, İlhamə Quliyeva xalq artisti adını səhnədəki fəaliyyəti ilə qazanıb. Bəzi xalq artistlərini mən heç tanımıram, halbuki mən də bu xalqın nümayəndəsiyəm. Ancaq onlar xalq artistidirlər. Mən şəxsən bir sənətkar kimi İlhamə Quliyevaya hörmət edirəm və bunu da açıqlayıram. Kimin xoşuna gəlir, gəlsin, gəlmirdəki özləri bilərlər".


Xatırladaq ki, dünən "Salam Azərbaycan" verlişində aparıcı Aytən Səfərovanın  səsləndirdiyi fikir qalmaqala səbəb olub. A. Səfərova verilişdə bildirib ki, bir müddət öncə iki müxtəlif agentliyin jurnalisti Azərbaycanın bir xalq artisti ilə əlaqə saxlayaraq ondan açıqlama almaq istəyiblər. Həmim ifaçının cavabı isə hər ikisinə fərqli olub. "Məhkəmə prosesi gedir, aranızda çəkişmələr var. Bunla bağlı danışardınız"-sualına xalq artisti özünə məxsus tərzdə cavab verib: "Mən indi İsveçdəyəm, burada diaspora nümayəndələri əyləşiblər xahiş edirəm iki gün sonra mənimlə əlaqə saxlayın". Təxmini 50 dəqiqə sonra isə digər jurnalist həmin xalq artisti ilə əlaqə saxlayaraq eyni sualı verir. İfaçının bu dəfəki cavabı isə sözün əsl mənasında biabırçı olub: "Bilirsinizmi, mən indi Pirquludayam, oturmuşam çay içirəm". Bu cavabdan təəccüblənən müxbir müğənninin 50 dəqiqə öncə İsveçdə olduğunu dediyini yadına salmaq qərarına gəlib. Xalq artisti isə çıxılmaz vəziyyətdə olduğunu gördükdə əsəbləşərək: "Cındırlar...Mən xalq artistiyəm, istəsəm İsveçdə olaram, istəsəm Pirquluda".


İzləyə bilməyənlər üçün videonu bir daha təqdim edirik: