Təhlükəli internet oyunu

2 İyul 2012 14:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, son günlərdə sosial şəbəkə saytlarının ən məşhur "oyunu" halına gələn "Duz və buz" gənclər üçün böyük təhlükə yaratmaqda davam edir. Çılpaq bədənlərinin üzərinə duz tökən gənclər eyni bölgənin üzərinə buz sürür və beləliklə yanığa səbəb olan ağrı başlayır. Ağrıya ən çox tab gətirən oyunu qazanmış olur. ABŞ-ın Pittsburq şəhərində yaşayan 12 yaşlı bir uşaq internetdə izlədiyi videoların təsiriylə oyunu oynamağa qərar verib. Adı açıqlanmayan uşaq əkiz qardaşıyla birlikdə videoda izlədiklərini tətbiq edib. Bədənində 2-ci dərəcəli  yanıq yaranan  uşaq müalicə edilib​​. Uşağın müalicə gördüyü Vest Pen yanıq mərkəzində vəzifəli olan Dr. Ariel Aballay "işgəncə oyunu" nun təhlükələri mövzusunda uşaqları və ailələri xəbərdar edərək bunları söyləyib: "Buzu yaranın üzərində nə qədər çox saxlasanız dəriniz o qədər çox yanar. Xəstəmiz yalnız bir neçə dəqiqə tutub, lakin 6-7 dəqiqə tab gətirənlər var ki, onların yanıqları daha ciddi nəticələrə səbəb ola bilir. "