İkiayaqlı pişik ulduz oldu

2 İyul 2012 15:56 (UTC+04:00)

Movqe.az xəbər verir ki, balaca pişik Anakini digərlərindən fərqləndirən cəhəti arxa ayaqları və çanaq sümüyü olmadan doğulmasıdır. Adını  "Star Wars" filmindən götürən Anakin böyüyənə kimi bir çox çətinliklərlə qarşılaşıb, lakin onu sahiblənən Karie Havks sayəsində iki ayaqlı həyatına tez adaptasiya ola bilib. ABŞ-ın Florida əyalətində yaşayan Havks Anakini kolluqların içərisində tapıb. İnternet vasitəsilə Anakinin fotoşəkillərini paylaşan Havks onu ulduz edib. Görüntülərdə iki ayağı olmadan da rahatca oyun oynaya bildiyi görülən balaca pişik Anakin bütün dünyanın sevgisini qazanıb. Havksın Facebook və Twitter vasitəsilə müalicə xərclərinə istiqamətli yardımlar üçün açdığı hesabda indidən minlərlə insan var.