Lənkəranda iki maşın toqquşdu: 1 ölü - FOTO

4 İyun 2014 22:05 (UTC+04:00)

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Milli.Az CTV-yə istinadən xəbər verib ki, hadisə iyunun 4-də səhər saatlarında Lənkəran-Lerik şossesinin 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində qeydə alınıb. 


Lerikin Piran kənd sakini, 43 yaşlı Qafur Abutalıb oğlu Alxasovun idarə etdiyi "Niva" markalı, 10 LM 856 dövlət nömrə nişanlı avtomobil Lənkəranın Şağlakücə kənd sakini, 32 yaşlı Rafiq Rafil oğlu İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı, 10 LX 086 dövlət nömrə nişanlı avtomobillə toqquşub. 


Güclü zərbə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "Niva"nın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. İlkin versiya kimi hadisənin "VAZ-2106" markalı avtomobilin hərəkətdə olarkən qəfildən idarəetməni itirərərək qarşıdan gələn "Niva"nın qarşısına çıxmaqla onunla toqquşması səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.