Siqaret çəkən atalar, diqqət!

2 İyul 2012 16:00 (UTC+04:00)

Movqe.Az bildirir ki, Siqaret çəkən ata namizədlər körpələrinin DNT-sinə zərər verə bilərlər. İngiltərənin Bradford Universitetindən Dr. Culian Laubenthal və qrupunun apardığı araşdırma nəticəsində, siqaret çəkən kişinin körpənin DNT-sinə zərər verə biləcəyini və ana hamilə qalmamışdan bir neçə ay əvvəl siqareti buraxması lazım olduğu bildirilib. 39 yunan və ingilis ailənin qatıldığı araşdırmada, həyat yoldaşları hamilə olan zaman ataların qan və sperm nümunələri alınıb. Doğumdan sonra ana və körpənin də qan nümunələri alınaraq bəzi genlərdə dəyişiklik olub olmadığı araşdırılıb. Araşdırmanın sonunda, siqaret çəkən ataların körpələrinin DNT-sində dəyişiklər görünüb. Tədqiqatçılar, siqaret tüstüsünün sperm hüceyrələrindəki DNT-ni pozması səbəbi ilə siqaretin gətirib çıxardığı zərərlərin sperm yolu ilə körpəyə keçə bildiyini məlum ediblər. Bundan əlavə, elm adamları siqaret çəkən ananın da körpəsində DNT dəyişiklikləri olduğunu təsdiqləyib. Laubenthal və qrupu, anaların yanında ataların siqaret çəkməmək mövzusunda xəbərdarlıq edilməsi lazım olduğunu söyləyərək, ataların ana hamilə qalmadan ən az 3 ay əvvəl siqareti buraxması lazım olduğunu bildiriblər. Araşdırma Amerikan Təcrübi Biologiya Təşkilatları Federasiyasının jurnalında nəşr olunub.