Serj Sarkisyanı təklədilər

4 İyun 2014 21:07 (UTC+04:00)
Erməni mətbuatı eks-prezident Robert Koçaryanın Astanadakı Avrasiya İttifaqı sammitində Serj Sarkisyanın düçar olduğu uğursuzluqla bağlı mövqeyini yayıb. 

ANS PRESS-in məlumatına görə, Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan sammitdə baş verənləri şərh edib. Soqomonyan iddia edib ki, hansısa təşkilata üzvlük Dağlıq Qarabağla Ermənistan arasında maneələr yaratmağa əsas vermir. 

Viktor Soqomonyan həmçinin rəhbəri Robert Koçaryanın mövqeyini də açıqlayıb: "Robert Koçaryan Dağlıq Qarabağı Ermənistanın ayrılmaz hissəsi sayır və hər şey hüquqi cəhətdən bunun möhkəmləndirilməsinə can atmalıdır". Göründüyü kimi, Koçaryan dolayısı ilə Serj Sarkisyanı fərasətsizlikdə günahlandırıb.