Nazirlikdən 1-ci sinfə qəbulla bağlı açıqlama
4 İyun 2014 18:59 (UTC+04:00)
Təhsil Nazirliyindən birinci sinfə uşaqların
qəbulu qayadalarında aparılacaq dəyişikliklərlə bağlı açıqlama
verilib. Nazirliyin Məktəbəqədər və
ümumi təhsil şöbəsinin müdir müavini Firudin Həmzəyev ANS PRESS-ə
açıqlamasında bildirib ki, sentyabrın 15-nə qədər 6 yaşı tamam olan
bütün şagirdlər məktəblər tərəfindən qəbul edilirlər. Bunun üçün
heç bir müsabiqəyə ehtiyac yoxdur. O, qeyd edib ki, orta
məktəblərdən fərqli olaraq liseylərə və gimnaziyalara şagird qəbulu
seçim ilə aparılır: "Kütləvi ümumtəhsil məktəblərinə isə 6 yaşı
tamam olan və həkimdən sağlamlıq haqqında arayışı olan bütün
uşaqlar qəbul edilirlər. Liseylərə və gimnaziyalara şagird qəbulu
seçimlə aparılır. Seçimlər lisey və gimnaziyaların nizamnamələri
ilə tənzimlənir. Nizamnamədə isə uşaqların birinci sinifə müsabiqə
yolu ilə qəbul edilməsi məsələsi öz əksini tapıb".
Firudin Həmzəyev lisey və gimnaziyalara şagird
qəbulu zamanı imtahandan keçə bilməyən uşaqların həmin təhsil
müəssisəsinə qəbul edilmədiklərini də sözlərinə əlavə
edib:
"Həmin liseylərdə nəzərdə tutulub ki, 3 sinif
açılsın. Üç sinifdə zənn edək ki, 60-70 uşaq olur. 200 uşaq bu
liseydə oxumaq istəyirsə onda onların hamısını qəbul edə bilməzlər.
Onlar arasında seçim aparıb, özlərinə lazım olan sayda uşaq
götürürlər".
Müdir müavini məktəblərə şagird qəbulunun
imtahanla aparılmasının əleyhinə olan valideynlərə də məsləhət
verib:
"Əgər valideyn uşağının liseydə oxumağını
istəyirsə onda liseyin nizamnaməsinə görə müsabiqədə iştirak
etməlidirlər. Əgər uşaq müsabiqədən keçə bilməzsə liseyə
götürülməyəcək. Uşaqların inkişaf səviyyələrinə uyğun olaraq
suallar və testlər verilir".
Həmzəyev imtahan zamanı özlərini itirən və sullara
düzgün cavab verə bilməyən uşaqlardan da
danışıb:
"Uşaqları müəllimlər, pedeqoqlar və psixoloqlar
sorğu-sual edirlər. Bu zaman uşaq özünü itirərsə, həmin müəllimlər
onlara bir-iki saat vaxt verirlər. Və yaxud sorğu-sualı sabaha
təyin edirlər".
Həmzəyev orta məktəblərə şagird qəbulu zamanı heç
bir imtahan və seçimin aparılmadığını da
vurğulayıb:
"Orta məktəbə ilk növbədə həmin ərazidə yaşayan
uşaqları götürürlər. Bəzi məktəblərdə ola bilər ki şagirddən adını
və s. suallar suruşurlar. Amma buna da ehtiyac
yoxdur".
Həmzəyev valideynlərin öz uşaqlarını yaşadıqları
əraziyə yaxın məsafədə deyil, daha uzaq yerlərdə olan məktəblərdə
oxutmaq istəklərinə də münasibət bildirib:
"Uşaqlar yaşadıqları ərazidəki məktəblərə cəlb
edilməldir. Məktəbin yaxınlığında yaşayan uşaqların yerinə həmin
məktəblərə başqa ərazidən uşaq götürülməsi yol verilməzdir. Ancaq
bunas baxmayaraq valideynlar öz uşalqrını onsuz da istədikləri
məktəblərdə oxutdururlar".
F. Həmzəyev uşaqların birinci sinfinə qəbulu üçün
tələb olunan yaş həddindən də danışıb. O bildirib ki, 6 yaşı
oktyabrın 16-dan dekabrın 31-nə qədər tamam olan uşaqlar üçün isə
hər rayon təhsil şöbəsində xüsusi komissiya
yaradılıb:
"Beləliklə bu yolla daha inellektli və yaradıcı
səviyyəli uşaqları seçib və birinci sinifə
götürürlər".
Sonda Həmzəyev gələcəkdə uşaqların ümumtəhsil
məktəblərinin birinci sinfinə imtahan və sorğu-sual yolu ilə
qəbulunun mümkünsüz olduğunu da vurğulayıb:
"Ümumtəhsil məktəbləri kütləvi məktəblər hesab
edilir. Ona görə də bura uşaqların qəbulu zamanı imatahan və
sorğu-sual aparıla bilməz. Yaşı və sağlamlığı imkan verən hər bir
şagird oxumalıdır".