Siqaretin zərərləri barədə kifayət qədər deyilsə də, ondan istifadə edənlərin sayında heç də tələb olunan həddə azalma müşahidə olunmur. Burada bir maraqlı məqamı da bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilən insanlarda ölüm riski yaradan əsas 8 xəstəlik var. Bu 8 xəstəliyin 6-sı sırf siqaret çəkməkdən yaranan xəstəlikdir. Bu, əsas sübutdur ki, siqaret çəkmək ölüm riski yaradır. Digər tərəfdən siqaretin tərkibində olan nikotin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən narkotik maddə kimi qəbul olunur. Bu mənada hər gün siqaret çəkən insan yüngül narkomandır. Qeyd edilənlər fonunda siqaretə qarşı mübarizə üçün onun ictimai və qapalı yerlərdə çəkilişinə qadağa qoyulması dəfələrlə gündəmə gətrilsə də, qeyd edilən istiqamətdə hələ də hansısa real addımlar atılmır.
Səhiyyə üzrə ekspert Adil
Qeybulla bildirir ki, uzun müddətdir, bu məsələ Milli Məclisdə
müzakirə olunsa da, konkret qərar yoxdur: "Əvvəla ictimai yerlərdə
siqaret çəkilməsi birdəfəlik qadağan olunmalıdır. Bu qərar şəklini
almırsa, qanunla qadağan olunmursa, insanların mədəniyyəti ilə
nəzarətdə saxlanması qətiyyən mümkün deyil. Hesab edirəm ki, qərar
olmalıdır ki, ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində
insanların siqaret çəkməsinə yol vermək olmaz. Görürsən ki,
məsələn, hər hansı şadlıq evində stolda bir nəfər stolda
siqaret çəkir, amma onun tüstüsü ilə xeyli sayda qadın, uşaq, yaşlı
zəhərli hava udmuş olur. Ona görə müzakirə olunan qərarı qəti
şəkildə qüvvəyə mindirmək lazımdır ki, insanlar bunu eləmək
məcburiyyətində qalsınlar. Siqaret çəkmək üçün, beynəlxalq hava
limanında xüsusi kabinələr ayrılıb. Həmin kabinələrdə siqaret
tüstüsünü çəkən xüsusi ventilyatorlar var ki, bunun nəticəsində
tüstüdən ətrafdakılar zərər görmür. Bu cür yerlər hər obyektdə
qurulmalıdır. Milli Məclisin hansısa qanunu müzakirə etməsi hələ
məsələnin həlli deyil. Qanunun işlək mexanizmi olmalıdır. Buna
başlanğıc verilməlidir ki, problem kütləvi şəkildə öz həllini tapa
bilsin".