Portofinoda istirahət edirlər

2 İyul 2012 16:20 (UTC+04:00)

Movqe.Az türk mediasına istinadən bildirir ki, Yaşadıqları sevgi münasibəti ilə maqazin gündəmindən düşməyən Beren Saat və Kənan Doğulu sevgililər limanı olaraq bilinən Portofinoya tətilə gediblər. İlin sürpriz eşqinin qəhrəmanları Beren Saat və Kənan Doğulu ilin yorğunluğunu atmaq üçün birlikdə istirahət edirlər. Yeni sevgililərin birlikdə çıxdıqları yay tətilində seçimləri Portofino olub. Türkiyədə getdikləri hər yerdə göstərilən və sanki mətbuat ordusu tərəfindən izlənilən cütlük bu vəziyyətdən narahat olduğu üçün insanlar tərəfindən tanınmadıqları bir ölkəyə getməyi seçiblər.