Məşhur rəssamın qulağı kopyalanır

5 İyun 2014 20:31 (UTC+04:00)

100 il əvvəl yaşayan rəssam Vincent van Goghun qulağı bu əsrdə çox məşhur olub. Vincent van Gogh əsəbi vaxtında qulağını kəsmişdi. Əsərləri qədər yaşadılarıyla da böyük səs gətirən Vincent van Goghun qulağı laboratoriyada kopyalanır.


Vincent van Gogh bunu edərkən , bir gün o qulağın bu qədər qiymətli olacağını düşünə bilməmiş olmalıdır. Vincent van Goghun qardaşı Theonun böyük böyük nəvəsi Lieuwe Van Gogh bağışladığı öz qulaq qığırdağından alınan hüceyrələrlə Vincent van Goghun qulağı kopyalanır.

Amerikada bir xəstəxanada kopiyası çıxarılan qulaq , hazırda Almaniya Karlsruhedəki İncəsənət və Media Mərkəzində Vincent van Goghun qulağı olaraq sərgilənir. Qulaq bioloji qoruyucunun içində sərgilənir . Qulağın şəkli , görünüş texnologiyaları köməyiylə Vincent van Goghun qulağıyla eyni şəkildə çıxarılıb .  6 İyulda sona çatacaq sərgidə qonaqların Vincent van Goghun qulağına danışmaları üçün bir də mikrofon yerləşdiriləcək. Rəssam Vincent van Gogh , hələ 37 yaşındaykən , 1890-cı ildə özünə qəsd etmişdi.