Mətanət İsgəndərli kürəkənindən danışdı

5 İyun 2014 19:30 (UTC+04:00)

Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərin şəxsi həyatının mediada müzakirə olunmasından narahat olduğunu deyib.

Lent.az-a açıqlama verən M. İsgəndərli bildirib ki, qızının şəxsi həyatının mediada müzakirə olunmasından həm qızı, həm də kürəkəni narahatdılar:

"Heç bir zaman şəxsi həyatımla gündəmə gəlməmişəm. Elə qızımın şəxsi həyatının mediada müzakirə olunmasını istəmirəm. 

Hətta onun nişanı olanda bir çox media işçiləri mənə zəng etdi ki, "Mətanət xanım, gəlib çəkək?", sözün düzü birinci razılaşdım. Çünki evinə gəlmək istəyən qonağa necə "gəlmə" deyəsən? Amma daha sonra fikrimi dəyişib, "yox" deməyə məcbur oldum. Çünki qızım Ülkər şəxsi həyatının mediada müzakirə olunması istəmədi. Bundan başqa kürəkənim də şəxsi həyatının mediada müzakirə olunmasına razı deyildi. Mən də hər ikisinin fikirləri ilə razılaşdım".

Xatırladaq ki, müğənninin qızının nişanı 2013-cü ilin oktyabrın 30-da olub.

Qeyd edək ki, M.İsgəndərli Lent.az-a bundan öncəki açıqlamasında qızının toyunun nə zaman olacağını da deyib: "Allah hər kəsin balasını xoşbəxt etsin, inşallah toy sentyabrda olacaq. Artıq hazırlıqlar gedir".

Qeyd edək ki, M.İsgəndərlinin qızından əlavə, Kərim adında bir oğlu var. Oğlu isə evlidir, 2 uşaq atasıdır.