İlhamə Quliyeva istirahət edəcəyi ölkəni seçdi

5 İyun 2014 20:30 (UTC+04:00)

Xalq artisti İlhamə Quliyeva yay tətilini indidən planlaşdırıb. 


Axşam.az-ın məlumatına görə, müğənni istirahət üçün İtaliyaya yollanacaq: 


"İlin bütün fəsillərində istirahətimi düşünürəm. Azərbaycanın bölgələrinə də, xaricə də səfər edirəm. Ən çox İtaliyanı sevirəm, bu il gedəcəm. Orada istədiyim kimi dincəlirəm. Eyni zamanda alış-veriş edirəm. Daha sonra  istirahətimi gözəl bölgələrimizdə davam etdirəcəm".