Nazir qəbul keçirəcək

5 İyun 2014 19:59 (UTC+04:00)

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qubada vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, qəbul iyunun 28-də keçiriləcək. Qəbulda Quba ilə yanaşı Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonundan olan vətəndaşlar da iştirak edə bilərlər.