Məşhəd qatarında qəza baş verib, ölən və yaralananalar var

6 İyun 2014 10:30 (UTC+04:00)

Qatarların toqquşması nəticəsində azı 10 nəfər ölüb, onlarla yaralı var

 İranın şimalında ölümlə nəticələnən qatar qəzası baş verib.


Movqe.az-ın məlumatına görə, İranın şimalında sərnişin və yük qatarlarının toqquşmasında ən az 10 nəfərin öldüyü, onlarla yaralının olduğu bildirilir. Sərnişin qatarı Məşhəddən Tehraana hərəkət edirmiş. Bu barədə "Reuters" məlumat yayıb.


Rəsmi təsdiqini tapmasa da, qatarda 340 nəfərin olduğu qeyd edilib. ərazidə qatarların hərəkəti dayandırılıb. 


Qəzanın səbəblərinin araşdırılmasına başlanılıb.