10 min qalaktika bir fotoşəkildə
6 İyun 2014 11:14 (UTC+04:00)
Habl Kosmos Teleskopu tərəfindən çəkilən bir fotoşəkildə ilk dəfə
10 min qalaktika bir yerdə göstərilib. Movqe.Az xəbər verir ki,
rəngarəng görüntülərə səhnə olan fotoşəkillərdə ilk dəfə
ultrabənövşəyi şüalar istifadə edilib. Panoramik fotoşəkildə
yaşları 5-10 milyon il arasında dəyişən qalaktikalar görülür. Habl
Kosmos Teleskobunu istifadə edən astronavtlardan Zolt Levay,
ultrabənövşəyi şüaların istifadə olunduğu fotoşəkillərin elm
dünyasına çox böyük bir dərinlik təqdim etdiyini söyləyib.