Prezidentin kürəkəni həbs olundu

6 İyun 2014 11:31 (UTC+04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni Rahat Əliyev Avstriyada həbs olunub. Mayın 19-dan beynəlxalq axtarışa verilmişdi. Qazaxıstan tərəfi hələlik Rahat Əliyevin həbs xəbərini şərh etmir.

Xatırladaq ki, Rahat Əliyev 2008-ci ildə iki bank sahibinin qətlində günahlandırılır. Malta hökuməti isə Rahat Əliyevin bütün aktivlərini dondurub. Kürəkən çirkli pulların yuyulmasında günahlandırılır.

Rahat Əliyev 2008-ci ildə Alma-Ata hökumət tərəfindən vətənə xəyanət və dövlət çevrilişində ittiham olunaraq 40 il həbs cəzasına məhkum edilib. Amma o, ölkədən qaçdığından axtarışa verilmişdi.