"Ağıl dəryası"nın qaliblərinə ödənişsiz təhsil paketi təqdim edilib

2 İyul 2012 13:33 (UTC+04:00)

Kipr Beynəlxalq Universiteti Azərbaycanda "Təhsildə İnformasiya Texnologiyalarının Tətbiqi" mövzusunda seminar təşkil edib. Seminarda Bakı, Sumqayıt və digər bölgələrin məktəb, lisey və universitetlərindən olan müəllimlər iştirak edib. Seminarın sonunda kursu müvəffəqiyyətlə bitirən müəllimlərə sertifikatlar təqdim olunub.

ANS-in "Ağıl dəryası" intellektual verilişinin 2 qalibinin ANS-in sponsorluğu ilə Kipr Beynəlxalq Universitetində 4 il təhsil alması üçün ödənişsiz təhsil paketi isə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevə təqdim edilib.