Maaşlar artırılacaq
6 İyun 2014 17:08 (UTC+04:00)
Pensiya artımı hər zaman ölkə başçısının
diqqətində olub. Ölkədə ilbəil pensiyalar artır, bu addım cari ildə
də davam edəcək.
Movqe.az-ın məlumatına görə, bunu salamnews-a Milli Məclisin
Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli
deyib.
O bildirib ki, pensiyalarla yanaşı, orta aylıq
əməkhaqqının da yüksəldilməsi planlaşdırılır: "Ölkədə hər il
pensiyalar 10 faiz artır. Bu il də analoji artım davam edəcək.
Pensiya artımına uyğun olaraq bazarlarda da qiymətlər 2-3 faiz
artacaq. Ən azından, pensiya və maaşlar yaşayış minimumuna bərabər
olmalıdır".
Komitə sədri deyib ki, pensiyaların kart sistemi
ilə verilməsi bir çox əngəllərə, məmur özbaşınalığı kimi
problemlərə də son qoyub.