Orta məktəblərdə yapon dilinin tədrisinə geniş yer veriləcək

2 İyul 2012 15:20 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Təhsil Nazirliyinin sözlərinə görə, "Bu ildən Azərbaycanın orta məktəblərində yapon dilinin tədrisinə geniş yer veriləcək".

Nazir Misir Mərdanov deyib ki, bir neçə pilot məktəbdə isə italyan dilinin ikinci xarici dil kimi tədrisi nəzərdə tutulur. Və bir neçə orta məktəbdə ingilis və rus dillərinin proqramları genişləndiriləcək.