Ermənilər təlimə başladı
6 İyun 2014 19:17 (UTC+04:00)
Ermənistan silahlı qüvvələri Ağdamın işğal olunmuş
ərazilərində yenidən hərbi təlimlərə
başlayıb.
ANS PRESS-in məlumatına görə, rayonun təmas
xəttinə yaxın kəndlərinin sakinləri deyir ki, saat 17:50-dən atəş
səsləri eşidilməyə başlayıb.
Sakinlər ağır texnikanın və tankların Ağdamın
Uzundərə adlanan ərazisi istiqamətində hərəkətini müşahidə
edib.
Qarşı tərəf əsasən iri çaplı silahlardan, top və
tanklardan istifadə edir.
Mərmi partlayışları Ağdamın Azərbaycanın
nəzarətində olan Çəmənli kəndindən aydın eşidilir.