Yeni prezident and içəcək
7 İyun 2014 11:15 (UTC+04:00)
Ukraynada bu gün ölkənin yeni seçilmiş prezidenti
Pyotr Poroşenkonun andiçmə mərasimi keçiriləcək. Movqe.az
Anspress-ə istinadən xəbər verir ki , mərasimdən sonra Poroşenko
rəsmi olaraq dövlət başçısı vəzifəsini icra etməyə başlayacaq.
Prezidentin inaqurasiyası ilə əlaqədar paytaxt Kiyevdə hazırlıq
işləri görülüb. Kiyev qarşıdurmaları zamanı xarabalığa dönən Maydan
meydanında abadlıq işləri aparılıb. Yerlərə yeni müxtəlif formalı
daşlar düzülüb, hasarlar rənglənib və güllər
əkilib.
Ölkə parlamentində isə, yeni prezidentin quracağı
hökumət və idarəetmə forması müzakirəyə çıxarılıb.
"Poroşenko partiyamızın böyük dəstəyinə malikdir.
İstənilən halda o, bizim partiyamızın qurucularındandır. Düşünürəm
ki, Poroşenko ölkənin şərqi ilə qərbini barışdırmağı bacaracaq" -
deyə Regionlar partiyasının millər vəkili Anna German qeyd
edib.
Prezidentin inaqursaiya mərasiminə, eyni zamanda,
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden və Avropa
Şurasının prezidenti Herman Van Rompöyün də qatılacağı
gözlənilir.
Bu arada, Kiyevdə isə, yeni mer Vitali Kliçkonun
vəzifəsi artıq rəsmiləşib. UDAR partiyasının lideri elə ilk gündən
şəhərdə abadlıq işlərinə start verəcəyini bildirib.