Bakıda yaşayış binasının çardağı işğal olundu (VİDEO)

7 İyun 2014 13:16 (UTC+04:00)
Nəsimi rayonundakı binalardan birində qonşular üz-üzə gəlib. Onları üz-üzə qoyan isə binanın damında aparılan təmir işlərindən sonra qonşulardan birinin ehtiyat pilləkənlərini ləğv edib yeni çardağı mənimsəməsidir.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Mərdanov qardaşları, 15 saylı binanın, 4-cü mərtəbəsində yaşayan sakinlərin şikayəti onların qonşularındandır. Onların sözlərinə görə, 55 saylı mənzildə yaşayan Vaqif Aşurzadə binanın çardağını zəbt edərək, özü üçün əlavə otaq tikmək istəyir. 2011-ci ildə binanın talvarında baş vermiş yanğınla əlaqədar dam örtükləri MİS tərəfindən yenilənib. 

Elə bundan istifadə edən qonşu ehtiyyat pilləkanlarını ləğv etdirib. Sadəcə öz mənzilinin üzərinə düşən çardağa gedən yeni pilləkan tikdirərək qapı qoyub. Həmin qapı da sakinlərin şikayəti əsasında mənzil komunal təsərüffat birliyinin əməkdaşları tərəfindən sökdürülüb. Bütün bunları sakinlər deyr. Bunlara rəğmən onlar yenə çıxılmaz vəziyyətdə qalaraq çardağa çıxıb hər hansı bir təmir tikinti işi apara bilmirlər. Çünki, qonşuları mövcud olan bu, ümumi məqsədli pilləkandan istifadə etməsinə icazə vermir.

Bütün bu işlərin hansı əsaslarla görülməsini elə qonşu Vaqif Aşurzadədən öyrənməyə çalışdıq. Bunun üçün onunla telefon əlaqəsi saxladıq. O, bizimlə görüşəcəyini deyib telefonu bağladı.

Problemlə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin mənzil komunal təsərüfat birliyinə üz tutduq. Qurumun 48 saylı mənzil istismar sahəsinin rəsi Qədir Abbasov bildirdi ki problem onların da diqqətindədir. Bununla bağlı 55 saylı mənzilin sahibi dəfələrlə xəbardar da edilib. Sözügedən bina 1912-ci ildə tikildiyindən burda hər hansı əlavə tikntiyə icazə verilmir.

Qədir Abbasovun sözlərinə görə, onun heç bir özəlləşdirmə haqqında sənədi yoxdur: "Ona dəflərlə xəbardar edilib, son dəfə işi hüquq mühaizə orqanları həll edəcək".

Bundan başqa rəis onu da əlavə etdi ki, binada yaşayanlar ehtiyyat piləkkanlarını qonşuları Vaqif Aşurzadəyə yenidən bərpa etdirmək istəyirsə, məhkəməyə müraciət etməlidir.