Göygöldə yol qəzası: 1 yaralı
7 İyun 2014 14:12 (UTC+04:00)
Bu gün gecə 01:30 radələrində Daşkəsən-Gəncə
yolunun Göygöl rayonu Qızılca kəndi ərazisindən keçən hissəsində
bir nəfərin yaralanması ilə nəticələnən yol qəza hadisəsi baş
verib.
Movqe.az Kəpəz tv-ə istinadən xəbər verir ki ,
Gəncə şəhər Bayan küçəsi 90 ünvanında qeydiyyatda olan 27 yaşlı
Müşviq Quliyev Gəncə istiqamətinə hərkətdə olarkən idarə etdiyi
"Vaz 21015" markalı avtomobildə idarəetməni itirərək nəqliyyat
vasitəsini aşırıb.
Ağır bədən xəsarətləri alan yaralı dərhal
qohumlarının köməkliyi ilə Gəncə şəhər TTYX-nin travmatologiya
şöbəsinə yerləşdirilib.
Qəzanın hansı səbəbdən baş verməsi hələ ki məlum
deyil.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində
araşdırma aparılır.