Egeydə daha bir zəlzələ
7 İyun 2014 16:24 (UTC+04:00)
Türkiyədə daha bir zəlzələ meydana
gəlib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
zəlzələ Bakı vaxtı ilə 22:10-da, Egey dənizində baş verib. Bu
barədə Türkiyə baş nazirliyi təbii fəlakət və təcili yardım mərkəzi
rəhbərliyi məlumat yayıb.
Zəlzələnin gücü Rixter cədvəli üzrə 4,4 bal
gücündə olub.
Ötən gün də Boğaziçi Universiteti Kandilli
Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu rəsmi internet saytında
yenə həmin zonada 3,6 bal gücündə zəlzələnin olduğunu
açıqlamışdı.
Xatırladaq ki, son bir neçə həftə ərzində
Türkiyədə, xüsusən də Egey dənizi bölgəsində ən güclüsü 7,2 bal
olmaqla, ardıcıl bir neçə zəlzələ meydana gəlib. 7,2 bal gücündə
baş verən zəlzələ 1 nəfərin ölümünə 226 nəfərin yaralanmasına
gətirib çıxarmışdı.